Williams komandası Volkswagen Group-un nəzarətinə keçəcək?

Frənk Uilyams Sports Bild qəzetinin jurnalisti ilə söhbətində bildirib ki, şəxsi komandaya avtoistehsalçı ilə birlikdə çıxış etmək daha asandır. Odsuz […]

Frənk Uilyams Sports Bild qəzetinin jurnalisti ilə söhbətində bildirib ki, şəxsi komandaya avtoistehsalçı ilə birlikdə çıxış etmək daha asandır. Odsuz tüstü olmadığı üçün bu sözlər yeni şayiələr dalğasına səbəb olub – bir çox ekspertlər hesab edirlər ki, komandanın yeni həmsahibi və ya tamhüquqlu sahibi Almaniyanın Volkswagen konserni olacaq.

Bu barədə söz-söhbət çoxdan gəzir – 2004-cü ildən, o zaman komanda BMW şirkəti ilə əməkdaşlığnı dayandırmışdı, bundan sonra komandanın nəticələri ürəkaçan deyil. Keçən il komandanın səhmlərinin 20%-ini avstriyalı Toto Volff alarkən, bir çoxları bu addımı VW ilə yaxınlaşma kimi qiymətləndirdilər.

Frənk Uilyams: “Almanların yaxşı maşınları var. Mercedes-ə baxın: onlar keçən il Brawn GP komandası ilə birlikdə titul qazandılar, ondan bir il əvvəl bunu McLaren-lə etdilər, indi isə çempionatda öz komandaları ilə çıxış edirlər. Bizim Almaniya ilə müəyyən əlaqələrimiz var. Mən yaxşı xatırlayıram ki, nə vaxtsa biz yarışlara VW avtobuslarında gedirdik – bəzən isə hətta orda da yatırdıq.”

Volkswagen şirkəti isə ənənəvi olaraq, şərh verməkdən imtina edib – yalnız bildirib ki, Formula1-də iştirak barədə yalnız 2013-cü ildən sonra danışmaq olar, hamı standart motorlara keçərsə…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*