Williams komandası xəbər verib ki, mövsümöncəsi testlərin Xeresdə keçiriləcək birinci sessiyasına keçənilki maşını gətirəcək – FW34 yeni rəng çalarlarına boyanacaq. Düzdür, köhnə şassiyə qarşıdakı mövsüm üçün nəzərdə tutulmuş detal və komponentlər quraşdırılacaq.
Buna baxmayaraq, komanda FW35-in təqdimatına intensiv hazırlaşır. Yenu maşın mövsümöncəsi testlərin ikinci sessiyası başlayan gün – fevralın 19-da Barselonada göstəriləcək…