Williams komandası Porsche ilə ortaqlığı təkzib edib

F-1.az xəbər verir ki, Williams-ın sözçüsü komandanın Porsche ilə ortaqlığa başlaya biləcəyi ilə bağlı şayiələrə reaksiya verib.

Açıqlamada bildirilib: “Williams-ın satışa çıxarılacağı ilə bağlı şayiələr doğru deyil. Yeni qaydaların qüvvəyə mindiyi 2026-cı ildən etibarən mühərriklərin tədarükü ilə bağlı istənilən müzakirəyə açığıq. İndi biz Mercedes ilə münasibətimizdən razıyıq və onların bütün səylərini yüksək qiymətləndiririk”.

Xatırladaq ki, bu barədə şayiələrə alman markasının sosial şəbəkələrdən birindəki rəsmi hesabından etdiyi bəzi paylaşımlar səbəb olmuşdu.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*