F-1.az xəbər vermişdi ki, Mercedes AMG komandası Niko Rosberqin əvəzinə Valtteri Bottası gətirmək istəyir. İlk təklifin Williams tərəfindən rədd edildiyi, növbəti günlərdə danışıqların davam etdiriləcəyi bildirilir. Komandanın rəsmilərindən birinə bu barədə sual verilib, o isə cavabında bunları deyib: “Gələn il üçün olan sürücü heyətimizi noyabr ayında açıqlamışıq və bu barədə əlavə şərh verməyəcəyik”.
Qeyd edək ki, Toto Volff debütündən etibarən Williams-da yarışan və heç bir mövsümdə komanda yoldaşlarına məğlub olmayan Valtterini Həmiltona ən layiqli komanda yoldaşı hesab edir…