Williams komandası Massaya bolid hədiyyə edib

Williams komandası onlarla son yarışa çıxan Felipe Massaya bu il Braziliyada sürdüyü bolidin şassisini hədiyyə edəcək.

F-1.az xatırladır ki, Massa Əbu Dabidə karyerasının sonuncu yarışına çıxacaq. Buna görə də braziliyalı sürücü Yas Marinada şənlik təşkil edib.

Williams komandasınım rəhbər köməkçisi Kler Uilyams Massaya xidmətlərinə görə təşəkkür edib və ona bir şəkil albomu və Braziliya yarışında istifadə etdiyi şassini hədiyyə edib. Xatırladaq ki, Braziliyada Massanın bolidinə onun soyadı yazılmışdı.

Braziliyalı sürücü hədiyyələrin adı açıqlanandan sonra göz yaşlarını tuta bilməyib və orada olan komanda işçilərinə, sürücülərə, mətbuat işçilərinə və ailəsinə təşəkkür edib. Eyni zamanda Formula1-dən doğru zamanda getdiyini deyib: “Karyeramla, yaşadığım hər şeylə və gözəl anlarla fəxr edirəm. Doğru zaman olduğunu düşünürəm və buna görə də, qərarıma görə xoşbəxtəm. Buna qərar vermək və çıxıb getmək çətindir, çünki biz hələ də gəncik və formamızın zirvəsində bu qərarı veririk. Uzun illərdir ki, işləyirəm və getmək qərarı verdiyimə əminəm”.

Massa karyerasının sonuncu sıralanma turunda üçüncü sessiyaya yüksələ bilib. 35 yaşlı sürücü yaxşı performans göstərdiyi üçün sevincli olduğunu deyib: “Qətiliklə deyə bilərəm ki, sıralanma əla keçdi. Sürətli olmaq hər zaman yaxşıdır. Sonuncu sıralanma turu idi və buna görə də güclü performans göstərmək əla idi. Sevincliyəm. Bu idmandakı son sıralanma turum oldu.

Sürətimə görə getmirəm, başqa şeylərə görə gedirəm. Bu gözəl hədiyyədir. Yarışa fokuslandım və hazıram. Ümid edirəm ki, hər şey yaxşı olar. Məyus deyiləm. Qərarıma görə xoşbəxtəm. Bu gün gördüyüm işə görə xoşbəxtəm. Ümid edirəm ki, yarışda yaxşı performans göstərərik. Bolidimizin potensialına bələdik. Yarış çətin keçəcək. Rəqiblərimiz də güclüdür. Amma əlimdəki bolidlə maksimum nəticə almağa çalışacam”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*