F-1.az xatırladır ki, Martini şirkəti 2014-cü ildə Britaniya təmsilçisi ilə Formula1-ə qayıtmış və komandanın titul sponsoru olmuşdu. Lakin tərəflər arasındakı müqavilə ilin sonunda başa çatır. Martini isə heç bir komanda ilə müqavilə bağlamayaraq, Formula1-dən ayrılmaq qərarı alıb.
Kler Uilyams: “Martini ayrıldığı üçün çox narahat deyiləm. Amma onların ayrılması məni məyus edir. 2013-cü ildə mövsümü 9-cu yerdə bitirsək də, bizi dəstəklədilər. Bizə təkcə maddi cəhətdən kömək etmədilər. Həm də gənc komanda imici qazandırdılar. İstədiyimiz də bu idi. Williams ailəsinin bir hissəsi oldular. Amma onların yerinə sponsor tapacağıq.
Bizim üçün ya bir tutul sponsoru olmasının, ya da hərəsi bir milyon verən 10 tərəfdaşın fərqi yoxdur. Əsas büdcədir. Əgər biri gəlib komandanın titul sponsoru olmaq istəsə, əla olar. Olmasa belə, öz ayaqlarımız üzərində dura bilərik”.