F-1.az xatırladır ki, turbo mühərriklərə keçiddən sonra zavod komandası olan Mercedes AMG-dən başqa heç bir Mercedes mühərriyi istifadə edən komanda qələbə qazana bilməyib.
McLaren isə Honda mühərriklərinə keçdiyindən bəri tarixinin ən pis dövrlərini yaşayır. Honda Motorsports-un başçısı Yasuke Haseqava isə bu il mühərrikdə inkişafın olduğunu təkidlə bildirir: “Mühərrik etibarlılıq cəhətdən yaxşı vəziyyətdədir. Sürücülərimiz də razı qaldı. Motorun gücü hələ ki, çox deyil, bunu inkişaf etdirməliyik. Hazırda başqa bir komandaya da mühərrik verə bilmərik”.
Amma buna baxmayaraq, Williams-ın Honda mühərriklərinə keçmək istədiyi bildirilir. Toto Volff isə bu xəbəri təkzib edib: “Onların 2020-ci ilə qədər Mercedes-lə müqavilələri var”.