Williams komandası heyətini gücləndirib

Williams komandası Ferrari-dən Dirk de Biri transfer edib və onu aerodinamik şöbəsinə rəhbər vəzifəsinə təyin edib. Cənubi afrikalı mühəndis yeni işinə martın 1-dən başlayacaq.

F-1.az xatırladır ki, de Bir Sauber və Renault komandalarında işlədikdən sonra 2013-cü ildə Ceyms Əllisonla birlikdə Ferrari-yə transfer olunmuş və burada baş aerodinamika mütəxəssisi olmuşdu. Amma Əllison Ferrari-dən getdikdən sonra italyanlar texniki şöbədə dəyişikliklər etmiş və Dirkin vəzifəsini dəyişdirmişdilər.

Dirk de Bir: “Williams-a qoşulduğum üçün sevincliyəm. Formula1-də böyük tarixə sahib olan bu komandada olduğum üçün sevincliyəm. Komandanı inkişaf etdirmək üçün Deyv Viter və Williams komandasının aerodinamika şöbəsi ilə işləmək üçün səbirsizlənirəm”.

Komandanın rəhbəri Kler Uilyams da fikirlərini bölüşüb: “Dirk kimi təcrübəli birini transfer etdiyimiz üçün sevincliyik. Bir neçə il aerodinamika şöbəsinə başçılıq etməsi komandamızın zirvəyə qayıtmasına kömək edəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*