F-1.az xəbər verir ki, komanda rəhbərinin müavini Robert Förnli buna görə 2017-ci ilin mükafatının vaxtından əvvəl ödənilməsi üçün Liberty Media-ya müraciət edib. Bunun reallaşması üçün həm də bütün komandaların razılığı olmalıdır. Komanda eyni addımı əvvəlki illərdə də atmışdı və hər dəfə müsbət cavab almışdı. Lakin bu il buna nail ola bilməyib.
Robert Förnli: “Növbəti dörd həftə bizim üçün həlledici olacaq. Qısa müddətdə pul toplamalıyıq. Bütün komandaların razılığına ehtiyacımız var idi, amma Williams veto qoydu. Buna baxmayaraq, mənim 2-3 həftə ərzində məsələni həll edəcək planım var”.