Williams komandası əvvəlki qazburaxma sistemindən imtina edib

FİA ilə məsləhətləşmədən sonra Williams komandası FW35 maşınında quraşdırdığı özünəməxsus qazburaxma sistemindən imtina etməli olub: indi işlənmiş qazların çıxması üçün […]

FİA ilə məsləhətləşmədən sonra Williams komandası FW35 maşınında quraşdırdığı özünəməxsus qazburaxma sistemindən imtina etməli olub: indi işlənmiş qazların çıxması üçün qoyulmuş novçanın üzərini heç bir müstəvi örtmür.

Sistemin əvvəlki versiyasında novçanın üzərini örtən müstəvi boru yaratmaqla isti hava axınını diffuzora yönəltməyə kömək edir. Amma FİA-nın ekspertləri bildiriblər ki, mövsümün ilk Qran Prisində texniki təftiş zamanı stüardlar bu elementi reqlamentə uyğun saymayacaqlar, ona görə də Williams sistemdən imtina etməli olub.

Komandanın baş yarış mühəndisi Xevi Puxolar bildirib ki, “biz bəzi düzəlişlər etdik və konstruksiyanı dəyişdik.”

qazbur-2

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*