F-1.az xəbər verir ki, Ostində Williams komandası bu qaydanı pozub – Felipe Massa sessiyanın startından sonra 40 dəqiqə və 3 saniyə ərzində eyni təkərlərdən istifadə edib.
Qayda pozuntusu az olsa da, formal olaraq, Williams komandası İdman Reqlamentinin 24.4 maddəsinin g) və ii) bəndlərini pozub, ona görə də FİA-nın texniki nümayəndəsi Co Bauer bu barədə stüardlara məlumat verib. Stüardlar isə komandaya rəsmi xəbərdarlıq elan etməklə, 10 min avro məbləğində şərti cərimə də təyin ediblər – əgər qarşıdakı 12 ay ərzində komanda eyni qayda pozuntusuna yol verərsə, onda cərimə real qüvvəsinə minəcək…