Williams komandası Britaniyanın Motorsport İndustry Association (MİA) assosiasiyasının təsis etdiyi nüfuzlu Business of the Year mükafatını qazanıb. Avtoidman sənayesinin Oskarı sayılan mükafatın təqdimetmə mərasimi Birminqhəmdə baş tutub.
Kris Əylett, MİA-nın prezidenti: “Williams komandasının irsi heç bir tərəddüd doğurmur – Formula1-də 114 qələbə. Amma son bir neçə ildə şirkət öz təsirini genişləndirib: Williams Hybrid Power 2012-ci ildə “Lə Manın 24 saatı” marafonunda qalib gələn ilk hibrid maşının hazırlanmasında iştirak edib, Williams Advanced Engineering digər sahələri öz texnologiyası ilə təchiz edib. Qətərdə yeni texnoloji mərkəz quran və müasir mətbuat mərkəzi açan Williams komandası Formula1 komandalarından uğurlu biznes inkişaf etdirən birinci komandadır.”
Aleks Börns, komandanın icraçı direktor: “Bizim yeni bazarların mənimsənilməsi strategiyamız öz miqyaslarına görə çox iddialı idi, amma 2012-ci ildə biz Formula1-də istifadə olunan texnologiyaların digər sahələrə uğurlu tətbiqini gördük. Biz cəmiyyətin xeyrinə real tətbiq oluna biləcək Formula1 texnologiyalarına geniş diqqət veririk. Mükafat xüsusilə xoşdur, çünki mükafat bizim əməyimizin bəhrəsidir və bütün komanda əməkdaşları adından mən MİA-ya daimi dəstəyə görə təşəkkür edirəm.”