F-1.az xatırladır ki, bu mövsümün sonunda Formula1-dəki bəzi vacib sürücülərin komandaları ilə müqavilələri bitir və buna görə də sürücü bazarında bizi gərgin günlər gözləyir.
Williams komandasının hazırkı sürücüləri Felipe Massa və Valtteri Bottasın müqavilələri ilin sonunda bitir. Bu sürücülərdən başqa Ferrari-də Kimi Rəykkönenin, McLaren-də Censon Battonun müqavilələri ilin sonunda bitir. Bunlardan ən maraqlısı isə odur ki, Niko Rosberqin komandası ilə müqaviləsinin olmamasıdır.
Kler Uilyams: “Bu il sürücü heyətimizlə bağlı qərarı özümüz vermək istəyirik. Digər komandaların qərarları ilə domino daşlarının yerə düşməsini gözləmək planımız yoxdur. Gələnilki sürücü heyətimizi bu cür təyin etmək istəmirik. Öz qərarlarımızı özümüz vermək istəyirik”.
Kler Uilyams bildirib ki, onlar gələn il üçün maksimum nəticələr qazana biləcək böyük sürücülərlə yarışmaq istəyirlər: “Bir neçə il bundan əvvəl sürücü heyəti barədə qarşımıza bir hədəf qoymuşduq. Boliddən maksimumu çıxaracaq sürücülər istədik və əlbəttə ki, bu işdə təcrübə çox önəmlidir.
Buna görə də bizim komandada tanınmış bir sürücünün olması biznes cəhətdən də yaxşı ola bilər. Amma bizim komandada tanınmış sürücünün olması o deməkdir ki, o sürücü Formula1-də uzun illərdir çıxış edir və yaxşı nəticələri olub.
Amma bu qərarla əlaqədar önümüzdə çoxlu faktorlar var. Hazırda bu faktorlar üzərində fikirləşirik və dəyərləndiririk”.
Williams üçün vəziyyət çox açıqdır və Battonun adı gələn il üçün britaniyalılarla birlikdə çəkilsə də, komanda gələn il də Bottas və Massa cütü ilə davam edə bilər.
Xüsusən də, Felipe Massa yaşına baxmayaraq, əla performans göstərir və bu Kler Uilyamsın nəzərindən yayınmır: “Massanın həm təcrübəsindən, həm də boliddəki rəqabətədavamlılığından xəbərimiz var. Biz həmişə demişik ki, onun komandada olmasından və hər il bolidə qazandırdığı performansdan olduqca razıyıq. Eyni sözlər Valtteriyə də aiddir.
Bu Felipenin komandadakı 3-cü mövsümüdür və biz həmişə inkişaf edən sürücülər istəyirik. Hər iki sürücümüz də bu kriteriyaya cavab verir.
Bizim 10-dan çox maddəsi olan bir siyahımız var. Əgər onlara riayət edəcəksə, onunla maraqlanarıq. O böyük istedaddır və Formula1-in tanınmış simalarındandır.
Ancaq gözləyək görək. Hazırda sürücülərimiz 2016-cı il mövsümünə fokuslanmalıdırlar və hər yarışdan mümkün olduqca maksimum xallar almalıyıq. Çünki bu mövsüm sıx mübarizənin içindəyik. Red Bull-a və ya başqa bir komandaya 3-cülük mübarizəsində uduzmaq istəmirik”.
Jurnalistlər Kler Uilyamsdan “Bottas ilə başqa komandalar maraqlanır?” sualını veriblər: “Təbii ki maraqlanırlar. Mən əminəm ki, hər iki sürücümüz də başqa komandalar tərəfindən izlənir.
Bu, o deməkdir ki, biz istedadlı sürücülərə sahibik. Biz onlara rəqabətədavamlı bolid verdiyimiz müddətdə Williams sürücüləri ilə başqa komandalar maraqlana bilər”.
Kler Uilyams sonda bildirib ki, hazırda GP2-də mübarizə aparan gənc sürücüləri Aleks Linn özünü yaxşı tərəfdən göstərə bilsə, gələcəkdə Formula1-də yarışa bilər: “Keçən il o GP2-də debüt etdi və mən düşünürəm ki, öz istedadını artıq sübut edib.
O bizim komandada bu il developer sürücü kimi işləyir və biz onunla davam edirik. İndi Aleks isbat etməlidir ki, istedadına görə Formula1-də yarışmağa hazırdır. Amma onun mövsümü hələ yeni başlayıb və görək nə olacaq”.