Williams: KERS əvəzinə FOTA

Keçən il söhbət KERS sisteminin hazırlanması və istifadəsindən gedəndə Williams komandası alternativ qərar qəbul etmişdi. Komandaların hamısı elektrik prinsipini, yəni […]

Keçən il söhbət KERS sisteminin hazırlanması və istifadəsindən gedəndə Williams komandası alternativ qərar qəbul etmişdi. Komandaların hamısı elektrik prinsipini, yəni ayrılan enerjinin akkumulyatortlarda toplanmasını seçsələr də, Williams komandası Britaniyanın Automotive Hybrid Power Ltd şirkətinin səhmlərini aldı və mexaniki prinsipdən, yəni ayrılan enerjinin vakuumda olan nazimçarxda toplanmasından istifadə etməyi planlaşdırırdı.

Hələ keçən ilin sentyabrında Kazuki Nakacima Xeresdə belə bir mexaniki KERS qoyulmuş maşını yoxlamışdı, amma bu KERS heç bir yarışda maşına qoyulmadı – Williams-ın mühəndisləri hesab etdilər ki, sistem kifayət qədər etibarlı deyil və onu 2010-cu ilin maşınına qoymağı planlaşdırırdılar.

İyunun əvvəlində FOTA-nın üzvü olan komandalar reqlamentdə KERS-dən sitifadəyə icazə verildiyi halda ondan imtinaya səs verdilər. Williams komandası FOTA-ya qayıtdıqdan sonra KERS-dən istifadə olunması məsələsi bir daha müzakirə olunub, amma komanda FOTA-ya üzv olmaqdan ötrü sistemdən imtina etməli olub…

Patrik Hed: “Biz KERS-in lehinə səs vermişdik, amma FOTA-ya qayıtmağın şərtlərindən biri gələn il sistemdən istifadəyə imtina etmək idi. Biz hesab edirik ki, bu düzgün qərar deyil, amma ümumi qaydaları qəbul edirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*