Əgər deyilənlər həqiqətə uyğundursa, McLaren-in Honda-dan ayrılaraq Mercedes-lə əməkdaşlığı bərpa edəcəyi barədə gəzən söhbətlər də daha inandırıcı olacaq. Lakin isveçrəli jurnalistləri düşündürən başqa bir məsələ də var: Yaponiya şirkəti bildirmişdi ki, gələn il Sauber komandasını güc qurğusu ilə təchiz edəcək və yapon konserni üçün sadəcə müştəri komanda olacaq, yəni Williams-la müqayisədə ona münasibət ikinci dərəcəli olacaq.
F-1.az xatırladır ki, Williams və Honda 80-ci illərdə əməkdaşlıq ediblər. Onlar birlikdə 1983-cü ildən 1987-ci ilə qədər 24 qələbə qazanıblar və əməkdaşlığın son ilində Nelson Pike titulun sahibi olub…