F-1.az bildirir ki, bəzi iddialara əsasən, Britaniya komandası ilə Mercedes arasında münasibətlər gərgindir.
Xatırladaq ki, Williams komandası ilə Honda 1983-1987-ci illərdə tərəfdaşlıq etmiş və 23 qələbə qazanmışdı – son ildə Nelson Pike titula sahib çıxmışdı. 2015-ci ildə McLaren-lə idmana qayıdan yaponiyalı istehsalçı ilk 3 ildə bərbad nəticələr göstərsə də, bu il Toro Rosso ilə fanatlarını ümidləndirib.
Kler Uilyams: “Honda ilə gözəl keçmişimiz olub və buna görə də onlarla danışıqlara başlaya bilərik. Amma əvvəlcə onların vəziyyətinə baxmalıyıq. Keçmişdə çoxlu uğurlar qazansaq da, gələcək üçün gözləməliyik.
Mercedes-dən razıyıq. Ancaq gələcəkdə nə baş verəcəyini bilmək olmaz. Hədəflərimiz var. İstehsalçı komanda deyilik və buna görə də seçimlərə baxmalıyıq”.