F-1.az xatırladır ki, israilli sürücü Əbu Dabidəki Pirelli testlərində ilk dəfə Williams komandası ilə trasa çıxmışdı. Gənc sürücü test və ehtiyat pilotluqdan başqa simulyatorda da işləyəcək. Bundan başqa Royun üç Qran Prinin sərbəst yürüşlərində sükan arxasına keçməsi gözlənilir.
Roy Nissani: “Bu İsraildəki avtoidman dünyası üçün dönüş nöqtəsidir. Əbu Dabi-də testə çıxdığım zaman boliddə özümü yaxşı hiss etmişdim. Bu il qazanacağım təcrübə çox dəyərli olacaq və komanda ilə işləmək üçün səbirsizlənirəm”.
Kler Uilyams: “Roy keçən il Əbu Dabidəki testlərdə özünü göstərdi və onun gördüyü işdən razı qaldıq. Çox çalışqan insandır”.
Qeyd edək ki, 25 yaşlı sürücü özü ilə birlikdə Williams-a sponsor da gətirib. Belə ki, İsrael Start-Up-ın loqotipi bolidlərin üzərində olacaq.