Williams komandasının mühəndis departamentinin başçısı Patrik Hed istəyir ki, komanda yenə də kifayət qədər rəqabətədavamlı olsun və təcrübəli və uğurlu sürücüləri cəlb edə bilsin. İspaniya Qran Prisi günlərində Niko Rosberq etiraf etmişdi ki, gələn il qələbə qazanmağa imkan verən maşının sükanı arxasında çıxış etmək istəyir, ona görə də mümkün variantları nəzərdən keçirir. Komandanın test sürücüsü kimi yarışlara gənc Niko Hülkenberq elan olunur, amma Patrik zəmanət vermir ki, Rosberq komandanı tərk etsə, gənc alman sürücü əsas heyətə düşə biləcək…
Patrik Hed: “O çox istedadlıdır və biz onun namizədliyini nəzərə alırıq, amma Williams özünə əvvəlki səviyyəsini qaytarmalıdır, yəni komandada yeni sürücülər deyil, iki güclü və təcrübəli sürücü çıxış etməlidir.
Sebastyan Fettel və Lyuis Həmiltonun nümunəsində biz görürük ki, komandaya gələn kimi öyrəşən sürücülər var, amma hazırda GP2-də belə bir namizəd tapmaq çətindir.
Hülkenberqə gəlincə, testlərdə o bir neçə dəfə Səm Mayklı hirsləndirib. İki il ardıcıl olaraq tam yeni maşının debütü zamanı o trasdan çıxmağa müvəffəq olur, amma testlərin ilk günü sadəcə sistemlərin yoxlanması ilə, zəruri məlumatı toplamaqla məşğul olmaq lazımdır. Bu onun tərəfindən ağıllı hərəkət deyildi…”