Williams FW45-i təqdim edib

Williams komandası Silverstoundakı çəkiliş günündən əvvəl builki bolidləri FW45-i təqdim ediblər.

F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası daha əvvəl builki bolidin rəng çalarını göstərmişdi. Bu gün isə FW45 real olaraq təqdim edilib.

FW45-də keçən ilə nisbətən bəzi fərqlər var. Əsas fərq isə saydpoddadır. Komanda keçən il Silverstouna gətirdiyi saydpodu inkişaf etdirib. Əslində Williams mühındisləri bu saydpodu keçən il inkişaf etdirmək istəsələr də, radiator onlara mane olmuşdu.

Motor qapağının arxasında, qazburaxma sisteminin borusunun ətrafında daha gözədəyən tünel hazırlanıb. Bunun hesabına hava daha yaxşı bolidin arxasına toplanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*