F-1.az xəbər verir ki, görüntüləri ilk olaraq AutoSport və MotorSport yayımlayıb. Keçən mövsümlərdə yeni maşının qrafik təsvirlərini əvvəlcədən yayımlayan komanda bu il də ənənəsinə sadiq qalıb.
Maşının rəng çalarları dəyişməz qalıb. Komandanın Formula1-dəki 40-cı ildönümünə görə FW40 adlandırılan maşın heç də pis görünmür. Lakin on gün sonra başlayacaq testlərdə maşınlar daha fərqli görünə bilərlər…