Williams komandasının həmsahibi Toto Volff Mercedes AMG komandasına keçdikdən sonra şayiələr yayılmışdı ki, onun həyat yoldaşı da test sürücü oladuğu komandanı tərk edəcək. Amma sürücü bildirmişdi ki, Williams-ı tərk etməyə hazırlaşmır.
Bu gün komanda Syuzi Volffun 2013-cü ildə test sürücü müqaviləsini rəsmən təsdiq etməklə bildirib ki, sürücü builki maşının inkişafında böyük rol oynayacaq. Syuzi simulyatorda aktiv işləyəcək və trasda testlərə tez-tez cəlb olunacaq. Məhz Syuzi komandanın qarşıdakı mövsümə hazırladığı yeni FW35-in sükanı arxasına birinci oturacaq – komanda İspaniyanın İdiada poliqonunda aerodinamik yoxlamalar keçirməyi planlaşdırır.
Mayk Koflən, komandanın texniki direktoru: “Syuzi özünü bizim sürücü cütlüyün dəyərli tamamlayıcısı kimi göstərib, o, simulyatorda iş zamanı əla əks əlaqə təmin edir. Bununla bağlı biz onun komandada rolunu artıracayıq və mən səbirsizliklə Syuzi, Pastor və Valtteri üçlüyünün inkişafını gözləyirəm.”
Syuzi Volff: “Mənim Williams-da işləməkdən çox xoşum gəlir, Mən özümü burda evimdəki kimi hiss edirəm. Keçən il mən dəyərli təcrübə topladım və əlbəttə, sürücü kimi püxtələşdim. Mənim rolumun artırılması bu inkişafı davam etdirəcək və mən FW35-in sükanı arxasına oturmağı səbirsizliklə gözləyəcəm. Mənim təcrübəm göstərir ki, qadınlar da avtoidmanın yüksək səviyyəsində müəyyən rol oynaya bilərlər. Ona görə də Frənk Uilyamsa, komandanın bütün texniki şöbəsinə təşəkkür etmək istəyirəm ki, məni həm dəstəkləyirlər, həm də etimad bəsləyirlər.”