Williams F1 Team – FW35 (video)

Bu gün mövsümöncəsi testlərin Barselonada ikinci seriyasının başlamasına yarım saat qalmış Williams komandası yeni FW35 maşınını təqdim edib. Yeni maşın […]

Bu gün mövsümöncəsi testlərin Barselonada ikinci seriyasının başlamasına yarım saat qalmış Williams komandası yeni FW35 maşınını təqdim edib. Yeni maşın ənənəvi rəng çalarlarına boyanıb və keçənilki FW34-ün təkamülüdür, amma sələfi ilə müqayisədə çox şey dəyişib. Komanda bildirib ki, FW35 tam 80% yenidən qurulmuş maşındır, ona görə də komanda onun təqdimatını ləngitməli olub ki, aerodinamik boruda daha çox işləyə bilsin.

Nəticədə FW35 2013-cü ildə təqdim olunmuş sonuncu yeni maşın olub. Xeres testlərində digər komandalar yeni maşınları ilə işlədikləri halda, Williams keçənilki maşınla işləyərək, əsasən yeni təkərlərin işi barədə məlumat toplayıb və yalnız bu gün yeni maşın trasda debüt edib.

Səhər komanda FW35-i boksdan çıxarıb, Pastor Maldonado və komandanın debütantı Valtteri Bottas pərdəni çəkiblər və qısa rəsmi mərasimdən sonra Pastora yeni maşını trasa çıxarıb…

fw35-2
Frənk Uilyams, komandanın başçısı: “Williams Renault FW35 istedadlı mütəxəssislər qrupunun əməyinin məhsuludur. Yekun qiyməti Avstraliyaya qədər gözləməli olacayıq, amma biz hesab edirik ki, rəqabətədavamlı olan keçənilki maşınla müqayisədə irəliyə doğru bir addım atmışıq.

Pastor bacarıqlı, iradəli sürücüdür, Valtteri isə sakit və istedadlıdır.

Son 30 ildə Williams komandası çox qələbələr qazanıb, amma bizim idman yüksəliş və enişlərdən ibarətdir, amma uğursuzluqlarımız bizi yeni uğurlara motivasiya edir. Mən ümid edirəm ki, bizim bugünkü komandamız, bizim yeni FW35 maşınımız, Pastorun, Valtterinin, Syuzinin istedadları və bizim tərəfdaşların dəstəyi bu il ən yaxşı olmağımıza əsas verir.”

fw35-3
FW35 hazırlanmasına komandanın texniki direktoru Mayk Koflən başçılıq edib. Ötürmələr qutusu,arxa asılqan, radiatorlar, maşının altlığı, qazburaxma sistemi, korpusu və burun elementi ciddi yenilənib. Bundan başqa mühəndislər konstruksiyanı yüngülləşdirməklə aerodinamikanı optimallaşdırıblar. Burun hissədəki keçənilki “pillə” xüsusi qapaqla örtülüb…

Mayk Koflən: “Texniki reqlamentin stabilliyini nəzərə alaraq, mən yeni maşının hazırlanmasında əldə etdiyimiz inkişafdan razıyam. Yeni maşın keçənilkindən yaxşıdır. Məncə, bu layihədə iştirak edən hər bir kəs əməyinin nəticəsi ilə fəxr edir.

Biz qazburaxma sistemini ciddi təkmilləşdirmişik. Koanda effekti yeni sistemdə böyük imkanlar açır. Reqlamentdə maşının bu sahəsi ilə bağlı dəqiq məlumat yoxdur, ona görə də biz Renault motorçuları ilə sıx əməkdaşlıq edəcəyik ki, maksimum inkişafa nail olaq. DRS-dən istifadəyə bu il sərt məhdudiyyətlər qoyulub, ona görə də bu sahədəki resursları biz başqa istiqamətə yönəltmişik.”

fw35-4
Təqdimat mərasimində üç sürücü iştirak edib: komandanın iki əsas sürücüsünə test sürücüsü Syuzi Volff da qoşulub…

Pastor Maldonado: “Williams komandasında üçüncü mövsümümün başlanğıcı həm mənim üçün, həm də komandam üçün vacibdir. Keçən il biz bir qələbə qazandıq və rəqabətədavamlı idik, amma bu mövsümdə daha güclü olmalıyıq – mən əminəm ki, bu, mümkündür. Liderlərdən geriqalmanı daim azaltmaq bizim məqsədimizdir.

Bu mövsümdə artıq çoxlu dəyişikliklər baş verib: mənim yeni yarış mühəndisim və yeni komanda yoldaşım var. Komandada əla atmosfer hökm sürür, bizim hər ikimiz bir-birimizi yaxşı tanıyırıq. Hər bir sürücü üçün Williams ailəsinin bir hissəsi olmaq böyük şərəfdir və mən ser Frənkə minnətdaram ki, mən öz komandasında çıxış etmək və qələbə qazanmaq imkanı verib. Mənim məqsədim Williams-ı zirvəyə qaytaramqdır.”

fw35-5
Valtteri Bottas: “Əlbəttə, Williams komandasında statusumun böyüməsinə çox şadam. Bu, irəliyə doğru böyük addımdır. Mən çoxlu məşq eləmişəm, mühəndislərlə danışmışam və simulyatorda işləmişəm, ona görə özümü tam hazırlıqlı hiss edirəm.

Biz bilirik ki, yeni maşın keçənilkindən yaxşıdır, amma mən trasda müqayisə etməyi səbirsizliklə gözləyirəm. Qarşıda bizi zəngin test proqramı gözləyir, amma mən çox şadam: Melburnda işıqforların sönməsini bütün karyeram boyu arzulamışam.”

fw35-6
Syuiz Volff: “Mən fəxr edirəm və indi həyəcanlıyam, çünki bu il komandada vacib rol oynayacam. Artıq test sürücü kimi gərgin işə başlamışam, amma mən Mayk Koflən və onun komandasının işini yüksək qiymətləndirirəm.

İdiada poliqonunda FW35-in sükanı araxsında birinci işləmək mənə qismət oldu və bu, böyük şərəfdir. Maşınla ilk kilometrləri qət etdikdən sonra əməkdaşlarımızın gözündə xüsusi hisslər oxudum – hamı yeni maşınla fəxr edir.”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*