F-1.az xatırladır ki, Massa mövsümün sonunda təqaüdə çıxacaq və onun Formula1-də iki yarışı qalıb. 35 yaşlı sürücü bu həftəsonu öz ölkəsindəki son yarışına çıxacaq və emosional həftəsonu keçirəcək.
Williams komandası bolidin üzərində Martini loqosunun üstünə Massa yazacaq. Arxa qanadda isə “Təşəkkürlər” yazılacaq.
Xatırladaq ki, braziliyalı sürücü 2002-ci ildə Sauber komandasının tərkibində Formula1-də debüt etmiş və 2006-cı ildə Ferrari-yə transfer olunmuşdu. Massa 2013-cü ilin sonunda italyanların tərkibindən ayrılaraq, Williams komandasına transfer olunmuşdu.
Qeyd edək ki, Massa Braziliyada 2 qələbə qazanıb və 3 dəfə podiuma yüksəlib. Ümumilikdə isə, braziliyalı sürücü Formula1-də 11 qələbə, 18 poul və 41 podium qazanıb…