F-1.az xatırladır ki, britaniyalılar keçən ayın sonunda Əbu Dabidə Sirotkin və Kubitsa ilə testlər etmiş və hər iki sürücünü də dəyərləndirmişdilər. Polşalı sürücü Williams komandasında yarışmaq üçün əsas favoritə çevrilmişdi, çünki verdiyi geribildirimlər və komanda ilə işi yüksək səviyyədə olmuşdu.
Amma performans cəhətdən Sirotkinin daha güclü olduğu aydınlaşıb. Qeyd edək ki, Formula1-in ən titullu ikinci komandanın rəhbərliyi daha əvvəl güclü performans göstərən sürücünün seçiləcəyini bildirmişdi. Beləliklə, 22 yaşlı Sirotkinlə danışıqlar başlayıb və artıq son mərhələdədir. Tərəflər artıq son detalları müzakirə edirlər. Qeyd edək ki, rusiyalı sürücünün sponsorları komandaya 15-20 milyon dollarlıq gəlir gətirəcəklər. Əgər tərəflər razılığa gəlməsə, Willams komandası Daniil Kvyatla danışıqlara başlayacaq.
Robert Kubitsa isə Britaniya təmsilçisinin namizədləri arasında deyil və Formula1-ə qayıtmaqla bağlı xəyalları da sona çatıb. Williams komandası bu barədə rəsmi açıqlama verməyib…