Williams-da dəyişiklik olub

Williams Grand Prix Holdings-in maliyyə işləri üzrə direktoru Alan Kinç yanvarın sonunda vəzifəsindən gedəcək və Vodofone Group Enterprise-ın maliyyə rəhbəri olacaq.

F-1.az xatırladır ki, Kinç Williams komandasının yenidənqurma işlərinin bir hissəsi kimi 2014-cü ildə Vodafone-dan gəlmişdi.

Williams Qrupunun maliyyə idarəçisi Con Boaden yeni təyinata qədər Alanı əvəz edəcək və Williams Advances Engineering-nin maliyyə direktoru Martin Hadsonla bir yerdə işləyəcək.

Alan Kinç bu sözlərlə Williams-a təşəkkür edib: “Williams ailəsinin bir hissəsi olmağı çox sevdim. Burada böyük təcrübələr yaşadım və yeni bir macəraya atılsam da, şirkətin böyüməyini görmək üçün səbirsizlənirəm”.

Williams Qrupunun idarə heyətinin rəhbəri Mayk O’Driskoll Kinçin ünvanına təriflər yağdırıb: “Alan həyəcanverici bir vaxtda bizə qoşuldu. Formula1 komandamızı gücləndirməkdə və Advanced Engineering-i qurmaqda böyük rol oynadı”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*