F-1.az xatırladır ki, Formula1-in ən titullu komandalarından biri olan Williams yeni mövsümdə cəmi 4 xal toplayıb və hazırda turnir cədvəlinin zirzəmisindədir. Qeyd edək ki, de Bir 2017-ci ilin əvvəlində Ferrari-dən ayrılaraq Williams komandasına keçmiş və bu ilin aqressiv bolidinin memarlarından biri olmuşdu. Xatırladaq ki, bolidin baş konstruktoru Ed Vud mayın əvvəlində komandadan ayrılmışdı. Komanda de Birin əvəzinə McLaren-in baş aerodnamika mühəndisi Doq Makkirnanı gətirəcək.
Komandanın məsləhətçisi Alek Vürs bildirib ki, əsas problem aerodinamik borudadır və hazırda bu problem həll olunur…