F-1.az xəbər verir ki, komandanın texniki direktoru Fransua Ksavyer Demezonla birlikdə gedən Yost mövsümün gedişində komandada işlərin əsl vəziyyəti barədə danışıb…
Yost Kapito: “Silverstounda biz avtomobili ciddi şəkildə təkmilləşdirdik ki, bu da bizə fərqi aradan qaldırmağa imkan verdi, lakin o, hələ də səkkizinci və doqquzuncu yerlərdən çox uzaq idi – və biz başa düşdük ki, builki maşınla işləməyə davam etməyin mənası yoxdur.
Əgər biz onu təkmilləşdirməyə davam etsəydik, onuncu yerdə qalacaqdıq, amma növbəti maşın üçün lazım olan resursları xərcləmiş olardıq. Və biz bütün diqqəti 2023-cü il maşınına yönəltməyə qərar verdik. Komanda hələ də ciddi şəkildə geri qalır. 2023-cü ildə Williams sadəcə irəliyə doğru bir addım atmalıdır, əks halda daha da geridə olacaq.
Bizə uzunmüddətli proqram lazımdır. Bir çox insan deyir ki, “indi bütün komandaların büdcəsi eynidir, ona görə də siz eyni səviyyədə olmalısınız”, amma bu, belə deyil, büdcə məhdudiyyəti tətbiq olunana qədər komandalar fərqli səviyyələrdə idilər.
Uzun illərdir ki, Williams-ın sadəcə investisiya qoyacaq heç bir sponsoru yox idi, buna görə komanda daha geri qaldı və indi bu geriqalma pulla həll edilə bilməz, çünki hamı büdcə məhdudiyyətlərinə əməl edir”.