F-1.az xatırladır ki, Avstraliya yarışı Britaniya komandası üçün pis keçmişdi. Sirotkin mübarizəni vaxtından əvvəl dayandırdığı halda, Stroll finişdə 14-cü ola bilmişdi.
Pəddi Lou: “Bəhreyn 2018-ci ilin təqvimində ilk normal yarış trasıdır və burada havanı əvvəlcədən proqnozlaşdırmaq mümkündür. Burada komandaların performanslarını daha yaxşı müqayisə etmək olar. Yeni təkərlərin Bəhreyndəki performansı da maraqlıdır. Onlar fərqli strategiyalara şərait yarada bilərlər.
Sergey ilk yarışda plastik torbaya görə yarışı bitirə bilmədi. Ümid edirəm ki, Saxirdə karyerasında ilk dəfə finişə çata bilər”.