Williams-a yeni kommersiya direktoru təyin edilib

Williams komandası Pol Asensionun komandaya kommersiya direktoru vəzifəsinə dəvət edildiyini açıqlayıb. O, aprelin 10-da vəzifəsinin icrasına başlayacaq və Qrovdan olan komandanın bütün kommersiya və marketinq fəaliyyətlərinə cavabdeh olacaq.

F-1.az xəbər verir ki, Williams-a qoşulmazdan əvvəl Asensio UFC üçün qlobal tərəfdaşlıqlar üzrə baş vitse-prezident vəzifəsində çalışıb.

Metyu Savic, Williams Racing Direktorlar Şurasının sədri: “Biz Williams Racing-in transformasiyasını davam etdiririk və kommersiya və marketinq komandamızı gücləndirəcək Paulu salamlayıram. O, UFC və MLB daxil olmaqla qlobal idman sənayesində zəngin təcrübəyə malikdir və biz onun işimizə töhfə verməsini səbirsizliklə gözləyirik”.

Paul Asensio “Williams Racing-ə qoşulduğum üçün çox xoşbəxtəm. Formula 1 sürətlə inkişaf edir və mən bu prosesin bir hissəsi olduğum üçün xoşbəxtəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*