Paddokda danışılan əsas mövzulardan birinin də Alpine komandasının Williams komandası ilə çinli sürücü Quanyu Çjou barədə razılaşmasıdır.
Renault (Alpine) akademyasının dinləyicisi Çjou bu il Formula2-də yaxşı çıxış edir və 3 mərhələdən sonra çempionatda liderliyini qoruyur. Qaydalara görə, əgər Quanyu bu il titul qazanarsa, onda gələn orada çıxış edə bilməyəcək. Məhz buna görə də, həm komanda, həm də Formula1 özü ilk çinli sürücünün çempionta gəlməsində maraqlıdırlar – Çin bazarı həm Renault şirkəti üçün, həm də FOM üçün böyük marketinq bazarıdır.
Deyilənlərə görə, bu keçid Williams üçün də sərfəli olmalıdır – fransızlar komandaya daha ucuz mühərrik verməklə, tarixi Williams-Renault tandemini dirçəldə bilərlər..