F-1.az bildirir ki, statistika həvəskarları dərhal mübahisə etməyə çalışacaqlar ki, Williams avtomobilləri keçən il 800-cü dəfə start alıblar. Lakin bu, necə hesablamağınızdan asılıdır. Komandanın bugünkü press-relizini diqqətlə oxusanız, ondan aydın olur ki, hesablama 1978-ci il mövsümündəndir, yəni, Frənk Vilyams və Patrik Hed artıq Williams Grand Prix Engineering Limited şirkətini qurduğu vaxtdan. Ondan əvvəl olanlar nəzərə alınmayıb.
Yubiley uzun müddət qeyd olunacaq – hər şey Britaniya yarış həftəsonu günlərində başlayacaq və Macarıstan Qran Prisində davam edəcək. Bu barədə Williams-ın mətbuat xidməti yazır: “Qrouv komandası üçün 800-cü Qran Pri çempionatın Britaniya mərhələsi olmalı idi, lakin Emiliya Romanya Qran Prisinin ləğvi səbəbindən bu əlamətdar hadisə Budapeştdə keçiriləcək növbəti yarışa təxirə salınıb. Bununla belə, Williams Racing bunu hər iki həftəsonu qeyd edəcək ki, Böyük Britaniyalı azarkeşlərimiz bayramlara qoşula bilsinlər”.
Silverstounda Williams avtomobillərinin xüsusi dizaynı, Hungaroring-də isə xüsusi emblemləri olacaq. FW45-in dizaynı komandanın tarixi irsindən ilhamlanıb və həm də onun yaradıcısı Ser Frılnk Vilyamsın xatirəsinə həsr olunub.
Həmçinin Britaniya Qran Prisi günü Williams brendinin səfiri Censon Batton məşhur FW14B avtomobilini idarə edəcək. Bundan bir həftə əvvəl, bazar ertəsi, iyulun 3-dən etibarən, Londonun tam mərkəzində , fanatlar üçün hər cür attraksiondan ibarət Williams fan zonası təşkil ediləcək. Və orada hər kəsin komandanın sürücüləri, rəhbəri və Battonla görüşmək imkanı olacaq. Alen Prostun 1993-cü ildə çempionluq qazandığı maşın də nümayiş etdiriləcək”.