Williams 800-cü yarış üçün rəng çalarını təqdim edib

Williams komandası 800-cü yarışın şərəfinə hazırlatdığı və Britaniyada istifadə edəcəyi xüsusi rəng çalarını təqdim edib.

F-1.az xatırladır ki, Williams komandası 1977-ci ildə Frenk Vilyams və Patrik Hed tərəfindən qurulmuş və həmin mövsüm ilk yarışına çıxmışdı. Komanda bu 46 ərzində 798 yarışa çıxıb.

Əslində Britaniya yarışı Williams üçün 800-cü yarış olmalı idi, amma Emiliya Romanya Qran Prisinin ləğv edilməsinə görə Britaniya 799-cu, Macarıstan isə 800-cü yarış olacaq.

Buna baxmayaraq, Formula1-in ən titullu ikinci komandası planı pozmayıb. Onlar Britaniya yarışından əvvəl xüsusi rəng çalarını təqdim ediblər. Bolidin bu xüsusi dizaynı həm Silverstounda, həm də Hunqarorinqdə istifadə olunacaq.

Williams şirkəti bu xüsusi rəng çaları ilə həm komandanın Britaniyadakı mirasını, həm də çox sevdikləri qurucuları Frenk Vilyamsı yad ediblər.

Frenk Vilyams 2021-ci ilin noyabr ayında dünyasını dəyişmişdi. O, komandanın çıxdığı 798 yarışın əksəriyyətində rəhbər vəzifəsində işləmişdi.

Williams komandası 798 yarışdan sonra 9 dəfə Mühəndislər, 7 dəfə Sürücülər Çempionatının qalibi olublar. Britaniya təmsilçisi bu il geridə qalan 9 yarışın ikisindən xal qazanıb və hazırda çempionatda 9-cu yerdədir.

Qeyd edək ki, Williams bu il Sinqapur, Yaponiya və Qətər Qran Prilərində azarkeşlərin səsverməsi ilə seçilən GULF rəng çalarları ilə yarışacağını açıqlamışdı. 800-cü yarış rəng çalarının onlarla heç bir əlaqəsi yoxdur.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*