Williams 40 illik yubileyini qeyd edib

Cümə günü Williams komandası Silverstounda britaniyalı azarkeşlərə əsl bayram yaşadıb. Təşkilatçıların hesablamalarına görə, tədbiri tribunlardan 40 minə yaxın azarkeş izləyib - giriş pulsuz olub, sadəcə əvvəlcədən komandanın rəsmi saytında qeydiyyatdan keçmək lazım gəlib.

F-1.az xəbər verir ki, tədbirdə Williams-da əvvəllər çıxış etmiş bir çox sürücü iştirak edib. Onlara ata və oğul Rosberqləri, Rikkardo Patreze, Naycel Mənsell, Deymon Hill, Devid Kulthard və Pastor Maldonadonu misal göstərmək olar. Karun Çandhok Williams-ın 1992-ci ildə istifadə etdiyi  FW14B bolidinin sükanı arxasına keçərək tamaşaçıları sevindirib.

 

 

Niko Rosberq: “Frənk Uilymas məni Formula1-ə gətirərək əla şans yaradıb. Biz birlikdə çox gözəl vaxt keçirmişik. Mən belə bir imkan əldə etdiyim üçün şadam və komandaya minnətdarlığımı bildirirəm”.

Keke Rosberq: “Bu, bir ailə tərəfindən idarə edilən son komandadır və komanda üçün üzvləri arasındakı münasibətlər olduqca vacibdir”.

Rob Smedli: “Williams barədə bəzən deyirlər ki, Ferrari-nin ingilis versiyasıdır. Lakin mən hesab edirəm ki, daha yaxşısıdır. Düşünürəm ki, britaniyalı azarkeşlər daha ehtiraslı və sadiqdirlər”.

Silverstoundakı tədbirə komandanın təsisçiləri Frənk Uilyams və Patrik Hed, eləcə də Formula1-in yeni rəhbərliyində yer alan Ross Braun və Şon Bratçes də gəliblər.

Şon Bratçes: “Bugünkü hadisə göstərir ki, biz hamımız qüvvələrimizi birləşdirərək işləməliyik. Bu idmanın populyarıaşdırılması təkcə bizim yox, həm də komanda rəhbərlərinin üzərinə düşür.

, , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*