F-1.az xəbər verir ki, bu barədə Sky Sports-un eksperti və Motor Sport Magazine nəşrinin redaktoru Mark Hyuz şəxsi Twitter bloqunda yazıb. Bu, Braziliya Qran Prisi ərəfəsində gələcək karyerasını müəyyənləşdirmək istəyən Felipe Massa üçün bəd xəbərdir. Lakin görünən budur ki, braziliyalı sürücünün gələn il də komandada qalacağı inandırıcı deyil. Qrouv təmsilçisi Robert Kubitsa və Pol di Resta arasında seçim etmək niyyətindədir və hər iki sürücü ötən həftə Hunqarorinqdə komandanın 2014-cü ildə yarışdığı FW36 ilə testlərdə iştirak ediblər.
Mercedes-in dəstəklədiyi Paskal Verlyaynın da Ləns Strolla komanda yoldaşı olmaq şansı var, lakin hadisələrin bu yöndə inkişaf etməsi ehtimalı o qədər də çox deyil…
Williams driver decision… postponed until post-Abu Dhabi.
— Mark Hughes (@SportmphMark) October 23, 2017