WEC: A.Simonsen hospitalda dünyasını dəyişib (video)

“Le Manın 24 saatı” yarışının təşkilatçısı ACO şirkəti rəsmən elan edib ki, Aston Martin komandasının həvsəkar sürücüsü Alan Simonsen startdan […]

“Le Manın 24 saatı” yarışının təşkilatçısı ACO şirkəti rəsmən elan edib ki, Aston Martin komandasının həvsəkar sürücüsü Alan Simonsen startdan 2 dövrə sonra uğradığı qəzada aldığı zədələrdən dünyasını dəyişib. Sürücü operativ tibb mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Danimarkalı sürücü 95 nömrəli maşınla LMGTE Am həvəskar sinfində çıxış edirdi. Maşın Tertre döngəsində strasdan çıxıb və polad baryerə çırpılıb – zərbə o qədər güclü olub ki, Aston Martin Vantage V8-in hər iki qapısı yerindən çıxıb. Qəzadan sonra trasa Təhlükəsizlik Maşını çıxıb, trasın işçiləri dağılmış baryeri 50 dəqiqə bərpa etməli olublar.

Aston Martin komandasının başçısı Devid Riçards sürücünün ailəsinə xəbəri çatdırıb. Ailənin xahişi ilə komanda marafonda çıxışını davam etdirəcək…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*