WEC: Le Manın startında Audi ilk üç yeri zəbt edib

Audi komandası əfsanəvi “Le Manın 24 saatı” marafonunun sıralanma turunda ilk üç yeri tutub. Ən yaxşı nəticəni komandanın ikinci ekipajı […]

Audi komandası əfsanəvi “Le Manın 24 saatı” marafonunun sıralanma turunda ilk üç yeri tutub. Ən yaxşı nəticəni komandanın ikinci ekipajı (Kristensen, MakNiş, Düval) göstərib. Son iki ilin qalibi olan birinci ekipaj (Lotterer, Fassler, Trelüye) isə bu dəfə ikinci olub. Komandanın üçüncü ekipajı (di Qrassi, Jene, Carvis) komanda yoldaşlarından geri qalmamağa çalışıb və 3-cü olub.

Toyota komandası dördüncü və beşinci yerləri tutub, bu dəfə də komandanın ikinci ekipajı (Dəvidson, Buemi, Sarrazen) birinci ekipajı (Vürs, Lapyer, Nakacima) üstələyib. Poulun nəticəsinə yaponiyalılar 4 saniyə uduzublar, amma yarışın gedişində hər şey ola bilər və komanda yekun uğura ümid bəsləyir.

Qeyri-zavod komandaları arasında ən yaxşı nəticəni Lola-Toyota maşınlarında çıxış edən Rebellion komandası (Prost, Yani, Haydfeld) göstərib. LMP2 sinfində OAK Racing komandası (Pla, HaynMayer Hansson, Brandl) fərqləniblər. LMGTE Pro sinfində Aston Martin komandası ilk iki yeri tutub. Həvəskarların LMGTE Am sinfində ən yaxşı nəticəni də Aston Martin komandası göstərib və onlar hətta bəzi peşəkarları da üstələyiblər…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*