WEC: “Le Manın 24 saatı” marafonu başlayıb

Fransada əfsanəvi “Le Manın 24 saatı” yarışı start alıb, bu il əfsanənin 90 yaşı tamam olur. Startdan bir az əvvəl […]

Fransada əfsanəvi “Le Manın 24 saatı” yarışı start alıb, bu il əfsanənin 90 yaşı tamam olur.

Startdan bir az əvvəl Sarte trasına kiçik yağış yağıb. Amma trasın çox hissəsi quru olduğu üçün sürücülər yarışa sliklərdə başlayıblar. Dünən sıralanma turunda Audi sürücüləri rəqiblərindən bir baş sürətli olsalar da, Toyota-nın sürücüsü Nikolya Lapyer artıq startdan bir neçə döngə sonra Audi-nin iki ekipajını keçib və ldierlik uğrunda ciddi mübarizəyə girişib. Son iki ilin qalibi Andre Lotterer hələlik mövqeyini qoruya bilir.

Əntoni Dəvidsonun idarə etdiyi ikinci Toyota da uğurlu start alıb və ilk döngələrdə Lukas di Qrassinin Audi-sini keçib, ikinci dövrədə Alan MakNişi də geridə qoyub.

Amma 3-cü dövrədə trasa Təhlükəsizlik Maşını çıxıb – 95 nömərli Aston Martin maşını ciddi qəzaya uğrayıb, LMGTE Am həvəskar sinfində yarışan danimarkalı Alan Simonsen dərhal hospitala çatdırılıb…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*