WEC: Le Man yarışı sentyabrda keçiriləcək

Koronavirus mövsümün əfsanəvi yarışlarından ilkinə damğasını vurub - Le Man marafonu rəsmən təxirə salınıb.

F-1.az xatırladır ki, hələ dünən marafonun təşkilatçıları bu il yarışın baş tutacağına əminliklərini söyləmişdilər, düzdür, yarışın başqa aylarda baş tutmasını istisna etməmişdilər. Və budur, artıq rəsmən təsdiq olunub ki, Sarte trasında yarış sentyabrın 3-cü həftəsində keçiriləcək.

Pyer Fiyon, ACO Avtomobil Klubunun prezidenti, təşkilatçı: “Əvvəlcədən iyunun 2-ci həftəsində keçirilməsi planlaşdırılan 24 saatlıq Le Man marafonunun təxirə salınması bu gün yaşadığımız müstəsna sağlamlıq şərtlərini nəzərə alaraq, ağıllı qərar adlandırmaq olar.. Əlbəttə ki, yarışın təhlükəsizliyini və keyfiyyətini təmin etmək üçün hər cür səy göstəririk.

Əvvəlcə xahiş etmək istəyirəm ki, özünüzü, ailə üzvlərinizi və digər insanları riskə atmayın. Bu gün əsas məqsəd virusun geniş yayılmasını dayandırmaqdır. Sağlamlığımızı qorumaqda göstərdikləri işlərə görə tibb işçilərinə də təşəkkür edirəm.

Yarışların bütün iştirakçıları ilə, tərəfdaşlarla, azarkeşlərlə, mətbuatla, tibb təşkilatları ilə və marşallarla bir komanda olaraq çalışırıq…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*