F-1.az xəbər verir ki, yarış seriyasının on ikinci mövsümü dörd qitənin səkkiz ölkəsində keçiriləcək mərhələlərdən ibarətdir. Mövsümün proloqu və ilk mərhələsinə Qətərdəki Losail trası ev sahibliyi edəcək – yarış Qətərin Milli Günü bayramının şərəfinə “Qətərin 1812 kilometri” adlanacaq.
Bunun ardınca çempionat Avropaya gələcək və İmola, Spa və Fransada yarışlar baş tuatacaq: bu seriyaya 15-16 iyun tarixlərində 24 saatlıq Le Man marafonu yekun vurulacaq. Bundan sonra WEC iştirakçıları növbə ilə San Paulu, Ostin, Fuji və Bəhreynə səfər edəcəklər. Beləliklə, mövsüm noyabrın 2-də Saxir trasında başa çatacaq.