F-1.az bildirir ki, Dünya Dözümlülük Çempionatının (WEC) məsul şəxsləri, mərhələrin promouteri, trasın nümayəndələri və Belçika kral avto klubu yarış üçün yeni bir tarix üzərində çalışırlar.
Jerar Neve, seriyanın rəhbəri: “Yarışın təxirə salınması qərarı bu vəziyyətdə yeganə düzgün çıxış yolu idi. İştirakçıların, azarkeşlərin və paddokdakı hər kəsin sağlamlığı və rifahı bizim üçün prioritet məsələdir. 6 saatlıq Spa yarışı üçün yeni bir tarix tapmaq üçün çalışırıq və bu barədə mümkün qədər tez məlumat verməyə çalışacağıq”.