Xeres testlərində Ross Braun demişdi ki, Mercedes AMG komandası Lyuis Həmiltondan W04-ün təkmilləşdirilməsində məsləhət və təkliflər gözləyir. Komanda başçısının bu sözləri britaniyalı sürücü üçün sürpriz olmayıb: Lyuis bildirib ki, onun təklifləri artıq hazırdır…
Lyuis Həmilton: “Ümid edirəm ki, biz istədiyimiz səviyyəyə qalxa biləcəyik. Hələlik mən çox şey istəyə bilmirəm. Komanda testlərdə əla işlədi, biz düzgün yoldayıq. Mercedes AMG gözləyir ki, biz Niko ilə birlikdə tam məlumat çatdıra biləcəyik ki, biz maşından nə istəyirik, məsələn, maşın döngələri necə keçməlidir və s. Biz bunun üzərində işləyirik və məhz bunun üçün də testlər lazımdır.
Biz hələ çox iş görməliyik, amma mən deməzdim ki, vəziyyət çox pisdir. W04-ün bazası ümumən pis deyil, inkişaf etmək mümkündür. Mən artlq maşının modernizə prosesini necə gördüyümü mühəndislərə bildirmişəm. Ümid edirəm ki, komanda bu istiqamətdə uğurla işləyəcəkdir.
Testlərdə McLaren maşınının bizim maşından yaxşı olması heç də sürpriz olmadı. Keçən il mən görürdüm ki, W03 bizim MP4-27-yə bir dövrədə bir saniyə, bəzən iki saniyə uduzurdu – mən buna hazır idim. Xeres testlərində başa düşdüm ki, W04-ə asfalta yatma qüvvəsi çatmır. Maşını yaxşılaşdırmaq barədə artıq təkliflərim var.”