W Seriyası: İlk mövsümün təqvimi dərc olunub

Yeni W Seriyasının təşkilatçıları 2019-cu ildə start götürəcək ilk mövsümün təqvimini dərc ediblər.

F-1.az xatırladır ki, seriya bir ay əvvəl təşkil olunub və yalnız qadın sürücülərdən ibarət olacaq.

İlk mövsümn cəmi 6 yarışdan ibarət olacaq və may ayında başlayıb avqust ayında başa çatacaq. Yarışlar Avropanın 5 ölkəsinin 6 trasında keçiriləcək. Qeyd edək ki, həmin vaxtlarda elə həmin traslarda DTM çempionatının yarışları keçirildiyi üçün, çox güman ki, qadınların W Seriyası məhz DTM çempionatının dəstək yarışları siyahısına qoşulacaq.

W Seriyasının 2019-cu il mövsümü üçün təqvimi:

Tarix Tras Ölkə
3-5 may Hokkenhaym Almaniya
17-19 may Zolder Belçika
7-9 iyun Mizano İtaliya
5-7 iyul Norisrinq Almaniya
19-21 iyul Assen Hollandiya
10-11 avqust Brənd Hətç Britaniya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*