F-1.az xatırladır ki, çempionat mayın 30-da DTM seriyası mərhələsi çərçivəsində Sankt-Peterburq yaxınlığındakı İqor Drayv avtodromunda başlamalı və Formula1 dəstək yarışlarından biri olaraq oktyabrın 31-də Mexikoda sona çatmalı idi. Lakin koronavirus pandemiyası səbəbiylə yeni W Series mövsümü yalnız 2021-ci ildə baş tutacaq. Növbəti mövsüm üçün təqvim hazırda müzakirə olunur, ancaq iki yarışın Formula1 mərhələləri çərçivəsində Ostin və Mexiko şəhərlərində keçiriləcəyi artıq məlumdur.
Katrin Bon Myuir, seriyanın icraçı direktoru: “Keçən il W Seriyasının debüt mövsümdə heyrətamiz uğurundan sonra, 2021-ci ilə qədər yarışmamaq qərarını vermək bizim üçün asan olmadı. Bununla belə, biz artıq növbəti mövsüm üçün təqvim üzərində işləyirik və bir neçə yarışın Formula1-ə dəstək kimi – ABŞ və Meksikada keçiriləcəyini təsdiqləyə bilərik.
2020-ci il planlarımızla əlaqəli qeyri-müəyyənliyə son qoymaq üçün çox çətin, lakin qaçılmaz bir qərar verməliydik. Bütün səylərimizi əvvəllər olduğundan da daha gərgin və maraqlı bir yarış proqramı təqdim etmək üçün 2021-ci ilə hazırlaşmağa cəmləşdirəcəyik”.