F-1.az xəbər verir ki, şəhər küçələri və stasionar son sektor boyunca salınan 5,56 kilometrlik trasın 2020-ci ildə Formula1 Qran Prisinə ev sahibliyi edəcəyi planlaşdırılırdı, lakin əvvəlcə Covid-19 pandemiyası, sonra isə Hanoy Xalq Komitəsinin sədri Nquyen Trunqun həbs olunması bu layihəni dayandırdı.
Stasionar son sektorun tikintisi başa çatsa da, istifadə olunmurdu. Amma Honda şirkəti Yeni il bayramı tətillərində trasın son sektorunda, yəni qısa konfiqurasiyasında bir neçə motosiklet yarışı keçirib. Nəticələr barədə məlumat verilməsə də, deyilənlərə görə, tribunlara xeyli azarkeş toplaşıb.