Vyana məhkəməsi Niki Laudanın həyat yoldaşının tərəfini tutub

Aprel ayında Niki Laudanın həyat yoldaşının təşəbbüsü ilə Vyana Regional Məhkəməsində başlayan proseslərdən danışmışdıq

F-1.az xatırladır ki, Bircit Lauda əfsanəvi sürücüdən qalan miras payının artırılmasını tələb etmişdi.

Avstriya mətbuatının yazdığına görə, femidanın xidmətçiləri 44 yaşlı Bircitin tərəfinə keçiblər, baxmayaraq ki, bu, indiyədək verilən hələlik ilkin qərardır.

Laudanın mirasını onun vaxtilə xüsusi olaraq yaratdığı fond idarə edir və məhkəmə sürücünün dul arvadının tələblərinin ədalətli olduğunu hesab edib: Avstriya qanunlarına görə, onun və uşaqlarının maraqları daha çox nəzərə alınmalıdır. Gələcəkdə, icraat zamanı, yalnız fondun ona ödəməli olduğu konkret məbləğləri müəyyən etmək lazımdır. Hər halda, söhbət milyonlarla avrodan gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*