Mixael Şumaherin mətbuat katibi Sabina Kem alamn sürücünün sükan arxasına qayıtmaq ehtimalını təsdiq etsə də, sürücünün meneceri bu şayiələri qətiyyətlə təkzib edib. Villi Veber və Mixael Şumaher Cenevrədə görüşüblər, bu görüşdən sonra Veber Britaniyanın Daily Mail qəzetinə qısa müsahibə verib…
Villi Veber: “Valensiyada ikinci Ferrari-nin sükanı arxasına kim oturursa, otursun, amma bu Mixael Şumaher olmayacaq. Mən buna 100% deyil, 200% əminəm. Pressinq çox yüksək olardı, hamı Mixaeldən qələbə gözləyərdi, amma o bu maşınla tanış deyil.
Formula1-də çıxış edərkən, Şumaher həmişə ustalıq nümayiş etdirib, maşının imkanlarından maksimum istifadə edib, amma bu halda heç bir ustalıqdan söhbət gedə bilməz, daha çox lotereyaya bənzəyir, bu isə Mixaelin stili deyil.”