FİA hər bir yarışa stüardlara köməkçi kimi keçmiş sürücüləri dəvət etmək ənənəsinə davam edir. Bəhreyndə dördqat dünya çempionu Alen Prost, Melburnda səkkizqat Lə Man və beşqat Sebrinq çempionu Tom Kristinsen, Malayziyada Conni Herbert stüardlar üçlüyünə peşəkar köməklik ediblər.
Çin Qran Prisi günlərində dördüncü stüard vəzifəsini Benetton, McLaren və Williams-ın keçmiş sürücüsü, Lə Manın keçənilki qalibi Aleks Vürs icra edəcək.