F-1.az xatırladır ki, yarışa pouldan başlayan Maks finişədək liderlik edib və rəqiblərinə istər quru, istərsə də yağışlı trasda heç bir şans verməyib.
Aleks Vürs: “Monako xüsusi trasdır, həftəsonu ərzində vəziyyəti çox dəyişir. Aydındır ki, hamı orada mümkün qədər yaxşı çıxış etməyə çalışır və aydın görünürdü ki, Maks Ferstappen sıralanma turunda həqiqətən də müqavimət göstərməli olud, çünki liderlər qrupunda fərqlər çox az idi.
Cümə günü biz Ferrari-nin məşqlərdə öndə olacağını düşünürdük, lakin şənbə günü Aston Martin komandası parladı və Fernando Alonso təsnifat mərhələsində əla nəticə göstərdi. Poulun taleyi yalnız trasın sonuncu sektorunda həll olundu – Maks ən yaxşı nəticəni göstərmək üçün bu sektorda Devid Kopperfildə çevrilməli oldu və o, bunu bacardı!
Sonra yarışda bunu bir daha təkrarladı. Məncə, bu, Ferstappenin indiyə qədər gördüyümüz ən yaxşı çıxışlarından biri idi. Keçən həftəsonu Red Bull bolidinin peletonda ən sürətli olduğunu mübahisə etmək fikrində deyiləm.
Sıralanmada nəticələr çox sıx idi. Serxio Peresin qəzasının misalında biz gördük ki, əgər siz maşını tam hiss etmirsinizsə, ona 100% əmin deyilsinizsə və düzgün psixoloji hazırlığıız yoxdursa, o zaman vəziyyət daha pis istiqamətdə çox tez dəyişə bilər.
Ümumiyyətlə, trasda hadisələrin gedişatını izləmək çox maraqlı idi. Bir sözlə, şəhər halqasının yavaş döngələri, maşınların aerodinamikası 100% səmərəli işləmir və asfaltayatma qüvvəsi əsasən şassinin altlığı tərəfindən təmin edilir. Məlum oldu ki, bu baxımdan bir çox maşınlar kifayət qədər müqayisə edilə bilər, baxmayaraq ki, yenilənmiş Mercedes W14-ün effektivliyini bir az sonra qiymətləndirə biləcəyik.
Amma nəticə ondan ibarətdir ki, Aston Martin sürət baxımından Red Bull-a çox yaxın idi. Lakin Rascasse döngəsində poul uğrunda mübarizədə Fernando Alonsonun maşını dörd təkəri ilə birlikdə sürüşdü və çox möhtəşəm görünürdü, lakin halqanın sonuna doğru onun təkərlərinin trası daha pis saxladığı aydın idi.
Və Maksın maşınındakı təkər daha yüksək ilişmə səviyyəsini təmin etdi ki, bu da ona sonuncu sektorda onda üç saniyə qazanmağa imkan verdi. Deməli, söhbət Devid Kopperfildin sehrindən və gücündən deyil, fizika qanunlarından gedir”.