VR46 komandası qələbə barədə düşünür

VR46 komandasının direktoru Uççio Saluççi bildirib ki, builki hədəfləri qələbədir.

F-1.az xatırladır ki, VR46 keçən il MotoGP-də debüt etsə də, ilk mövsümlərində poul və podium qazanıb.

Uççio Saluççi: “İlk mövsümümüz gözlədiyimizdən daha yaxşı keçdi. Bilirdim ki, sürətli olacağıq, amma bu qədər yox. Bəzi mexaniklərimizin MotoGP-də təcrübələrinin olmaması məni nadahat edirdi. Lakin hamısı əla işlədi. Buna görə də ikinci mövsümdən daha yaxşı nəticə gözləyirik.

Bundan sonra hədəfimiz hər bazar günü podium uğrunda mübarizə aparmaq və bir-iki qələbə qazanmaqdır. Bu ssenari bizim üçün yuxu kimi olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*