Caterham komandasının rusiyalı sürücüsü Vitaliy Petrov Rusiyanın lisenziyası ilə çıxış edən Marussia komandası ilə danışıqlar aparır – bu barədə Finladniyada dərc olunan Turun Sanomat qəzeti xəbər yayıb.
Xatırladaq ki, Caterham və Marussia komandaları 2009-ci ildə dünya çempionatında debüt ediblər, 2013-cü il mövsümü üçün isə hər iki komandada bir vakansiya qalıb. Marussia komandası keçən həftə Timo Qlokla 2014-cü ilədək olan müqaviləsini pozub, ona görə də Avropa mətbuatı güman edir ki, bu yer məhz Petrov və onun sponsorları üçün boşaldılıb.
Rusiyalı sürücünün meneceri Oksana Kosaçenko isə keçən ilin sonunda bildirmişdi ki, sürücüsü üçün ancaq Caterham-lə danışıqlar aparır. Ona görə də Turun Sanomat-ın bu məlumatı komandanı rusiyalı sürücüyə qarşı qıcıqlandırmaqla, finlandiyalı sürücü Heykki Kovalaynenə yol açmaq məqsədi daşıya bilər.
Gələn həftə Xeresdə mövsümöncəsi testlər başlayır, ona görə də hər iki komanda artıq bu həftə sürücü heyətini elan edə bilər…